Heyvadan ləzzətli şirniyyat - RESEPT

Heyva şirniyyatı ləzzətli olduğu qədər də praktik və asan hazırlanır. Aile.lent.az heyva şirniyyatı reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

- 4 heyva

- 3 su stəkanı şəkər tozu

- 1 stəkan yarım su

- Qoz və ya qaymaq

 

Hazırlanma qaydası:

Heyvaları yuyub soyduqdan sonra iki hissəyə bölün. Toxumlu hissələrini yaxşıca kəsin və qazana düzün. Üzərinə qabıqların bir qismini əlavə edib 5 dəqiqə qaynadın. Qaynamağa başladıqdan sonra şəkər tozunu tökün, vam odda 2 saat bişirin. Bişdikdən sonra heyvaları servis qabına qoyun, qazanda qalan şərbəti isə heyvaların üstünə gəzdirin. İlindikdən sonra üstünə qoz və ya qaymaq qoyub yeyə bilərsiniz.

Nuş olsun!

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017