Qış çəkmələrinizi bu cür kombinə edin - DƏB MƏSLƏHƏTİ

Dizüstü çəkmələr, yarım botlar qışda geyinilən ayaqqabılardır. Bəs hansı çəkmə necə geyinilməlidir? Aile.lent.az çəkmələrin kombinələri ilə sizi tanış edir.

 

Dizaltı çəkmələr

 

Dizaltı çəkmələrlə ən yaxşı kombinə edə biləcəyiniz geyim uzun ətəklərdir. Gözəl bir görünüş üçün ətəyinizin çəkmələrin üst qismini örtməsinə çalışın.

 

Dizüstü çəkmələr

 

Qış gəldikdə mini ətək qarderobda qalmamalıdır. Dizüstü çəkmələr ayaqlarınızı kifayət qədər isti saxlayacaq. Ayaqlarınızın kifayət qədər uzun görünməsini istəyirsinizsə corab, ətək və çəkmələr eyni rəngdə olmalıdır.

 

Uzun çəkmələr

 

Ayaqlarınız uzun deyilsə, baldırınızın ortasına qədər uzanan çəkmələr geyinmək bir az riskli ola bilər. Uzun çəkməni ətək və ya donla geyinəcəksinizsə hər zaman hündürdaban olanını seçim edin.

 

Yarım çəkmələr

 

Uzun çəkmələrin əksinə olaraq, yarım çəkmələr hər paltarla geyinilə bilər.

 

Hündürdaban yarım botlar

 

Hər zaman geyinməyi şouya çevirməyin tərəfdarısınızsa, hündürdaban yarım çəkmələrin iti uclu olanlarını seçin. İsti hava günlərində klassik hündürdaban ayaqqabılarınızla etdiyiniz kombinləri soyuq havada iti uclu hündürdaban çəkmələrlə də edə bilərsiniz.

 

Postal

 

Küçə stilinə rahatlıq qatmaq üçün kombinənizi postallarla tamamlaya bilərsiniz. Gündəlik kombinlərinizdə qısa balaqlı cins şalvarlarla geyinmək olar. Və ya dəri pencəklə parıldayan paltarın altından geyərək gözəl bir kontrast yarada bilərsiniz.

 

Qar çəkmələr

 

Böyük, tüklü qar çəkmələrinizi kombinə edərkən bədən quruluşunuzu nəzərə almalısınız. Məsələn, üst geyiminiz gen pançodursa, şalvarınız dar olmalıdır. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017