Soyuq havalarda xəstəlikdən qorunmaq üçün 7 SADƏ ÜSUL

Qış mövsümündə havalar soyuq keçdiyi üçün insanlar ictimai yerlərdə və qapalı məkanlarda çox vaxt keçirilir. Bu isə infeksiyaların daha sürətlə və asan yayılmasına şərait yaradır. Havanın soyuq və quru olması nəticəsində burnun selikli qişasının quruması infeksiyanın inkişafına şərait yaradır. Soyuq havaya uyğunlaşmaq üçün daha çox enerji xərcləyən bədənin müqaviməti aşağı düşür. Bütün bu faktorlar səbəbindən soyuqdəymə, qrip, badamcıq və qulaq infeksiyaları kimi xəstəliklərə tutulma riski artır. Nəticədə burun axması, asqırıq, öskürək və halsızlıq kimi bir çox əlamətlər ortaya çıxır. Halbuki həyat keyfiyyətini aşağı salan, insanı həm ictimai həyatdan, həm də işindən saxlayan bu infeksion xəstəliklərindən qorunmaq mümkündür. Üstəlik sadə üsullarla. Aile.lent.az qış mövsümünü sağlam keçirmək üçün gündəlik həyatda diqqət etməli olduğumuz həmin sadə üsulları təqdim edir.

 

Əllərinizi azı 15 saniyə yuyun

 

İnfeksiyaların yayılmasının qarşısını almağın ən təsirli yolu, heç şübhəsiz əlləri tez-tez yumaqdır. Çünki əllər gün ərzində etdiyimiz müxtəlif fəaliyyətlər səbəbindən gözlə görülməyən yüzlərlə növ və sayda bakteriya, parazit və virusla örtülür. İnfeksiya qaynağı olan bu mikroorqanizmlər həm özümüz, həm də ətrafımızdakı insanlar üçün risk yaradır. Bu səbəbdən də əlləri, barmaqları, biləkləri azı 15 saniyə bol su və sabunla yaxşıca yuyun.

 

Masanızı hər səhər təmizləyin

 

Ortaq istifadə edilən əşyalara toxunmazdan əvvəl silərək infeksiyanın yayılmasını azalda bilərsiniz. Məsələn, iş yerində ortaq istifadə edilən masaları, qələmləri və kompüter klaviaturalarını təmizləyərək, infeksiyadan qoruna bilərsiniz. Qapı tutacaqlarını tez-tez təmizləmək, idman salonlarındakı alətləri istifadə etməzdən əvvəl tutacaq yerlərini antiseptik məhsul və ya dəsmallarla təmizləsəniz, infeksiyalardan qorunarsınız.

 

Öz su stəkanınızı istifadə edin

 

Öz su stəkanınızı istifadə edin. Bu halda ağız yolu ilə infeksiyaya yoluxma riski azalacaq. Su və sabunla yuyulmadan istifadə edilən mətbəx əşyaları da virus və bakteriyaların yayılmasında iştirak edir. Bu səbəbdən başqa şəxslərin istifadə etdikləri stəkan, çəngəl və qaşıq kimi vasitələri təmizləmədən istifadə etmək də xəstəliklərə çox tez yoluxmanıza səbəb olacaq. Buna görə də ortaq əşyaları istifadə etməzdən əvvəl mütləq yuyun.

 

Maska taxın

 

Soyuq hava günlərində bağlı məkanlarda daha çox vaxt keçiririk. Havada olan bakteriya və viruslar da tənəffüs yolu ilə asanlıqla keçə bilir. Bu isə soyuqdəymə, qrip, sətəlcəm kimi yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına yol aça bilir. Odur ki, mümkün qədər bağlı məkanlarda qalmamağa çalışın. Əgər məcbursunuzsa, ağız və burnunuzu bağlayan maska taxın. Bununla infeksiyadan qorunmanız üçün qabaqlayıcı tədbir görmüş olarsınız.

 

Gündə 10 min addım atın

 

Daimi məşqlər bədənin müdafiə sistemini gücləndirdiyi üçün yağış yağmayan günlərdə açıq havada piyada gəzin. Bədən sağlamlığınız üçün gündə 10 min addım atmaq məsləhəti bütün dünyada mənimsənilib.

 

Rəngarəng qidalanın

 

Güclü immunitet sistemi üçün balanslı qidalanma çox əhəmiyyətlidir. Xüsusilə müxtəlif növ meyvə və tərəvəz yemək sağlamlıq üçün lazımlı qida elementləri və vitaminləri təbii yolla qazandırır. Hazır qidalardan uzaq durun, təbii məhsullar seçin.

 

5 dəqiqəlik fasilələr verin

 

Gün ərzində çox aktiv və gərgin iş qrafikiniz varsa, nizamlı bir yuxu immunitet sisteminizi  qoruyacaq. Eyni zamanda gün ərzində özünüzə 5 dəqiqəlik istirahət fasilələri verin. Beyin və bədən həddindən artıq yorulduqda immunitet sistemi zərər görür. Bu səbəbdən də mümkün olduqca stress faktorlarını azaldın, beyinlə bədənin istirahət etməsi üçün özünüzə istirahət imkanları yaradın. 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017