Nilüfərin qızı, 11 pişiyi və 2 iti ilə birgə yaşadığı villa - FOTO

Türk pop musiqisinin ən məşhur simalarından olan Nilüfər yaradıcılığının 45 illiyini yeni buraxdığı “Yenidən Yeni Yenə” albomu ilə qeyd edir. Bu münasibətlə Türkiyənin “İnstyle home” jurnalı müğənninin evində qonaq olub.

 

Aile.lent.az Türkiyə mediasına istinadən bildirir ki, sənətçi Beykoz Acarkənddə yerləşən villasında qızı Ayşə Nazlı, 11 pişiyi və iki iti ilə yaşayır: “Burada qızım, pişiklərim və itlərimlə özümüzə komfortlu bir həyat qurmuşuq. Acarkənd adından da göründüyü kimi şəhərin içində kiçik bir kənddir sanki. Hər şey əlimin altındadır. Şəhərə getmədən bir çox işimi elə burada həll edirəm. Yaşıllıqlarla əhatələnib və tərtəmiz havası var. Ən əsası isə Ayşə Nazlının məktəbinə yaxındır”.

 

Nilüfər onu da deyib ki, on il əvvəl onda rəsm çəkməyə maraq yaranıb. Keçən il rəssam Mahir Güvənin emalatxanasında akademiyaya hazırlaşan tələbələrlə birlikdə rəsm dərslərinə qatılıb: “Düzdür, bu sıralar bir az ara vermişəm, amma yenə başlamağı planlaşdırıram. Hətta gələcəkdə evin bir otağını emalatxana edə bilərəm”. 

 

Müğənni mərhum Kayahanın pianosunu da bu evdə saxlayır.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017