Uşağınız yemək yemir? Onda bu xəstəlik ola bilər

Aile.lent.az həkim Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

 

Uşaqlarda yaranan iştahasızlıq valideynlərin ciddi narahatlığına səbəb olur. Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə edilir. İştahasızlığı aradan qaldırmaq üçün uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar yalnız verilən müddətdə təsir edir. Nəticədə isə uşaq normal qidalanmadığı üçün çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. Bir sıra xəstəliklər zamanı uşaqlarda əsas simptomlarla yanaşı iştahasızlıq da müşahidə olunur.

 

Bəs hansı xəstəliklər iştahanın azalmasına səbəb ola bilər?
 

- mədə-bağırsaq xəstəlikləri
 

- lyamblioz
 

- helmintozlar (qurd xəstəlikləri)
 

- şəkərli diabet
 

- onkoloji xəstəliklər və sairə
 

Digər səbəblərdən - stress, depressiya, xroniki yorğunluq da iştahasızlıq yarada bilər.

Hər halda iştahısızlıq normal əlamət hesab olunmur, yarandığı halda həkimlə məsləhətləşib, səbəbini aşkar etmək üçün uşağı müayinə etmək lazımdır.
Amma yanaşı olaraq xüsusi üsulların köməyi ilə bu problemi tez bir zamanda aradan qaldırmaq olur.

İştahı artırmaq üçün məsləhətlər:


- Yeməkdən əvvəl əlləri yumaq vərdişı yaratmaq lazımdır. Bu prosedurun tək gigiyenik deyil, psixoloji əsasları da var: uşağı gida qəbuluna hazırlayır.


- Qida rejiminə dəqiq riayət etmək lazımdır, yeməkarası nəsə (əsasən də şirniyyat) vermək qadağandır.


- Uşağa məcburi hər hansı sevmədiyi yeməyi vermək olmaz.
 

- Qida qəbulu zamanı uşağın fikrini yayındırmaq olmaz. Məsələn, yemək zamanı TV-yə baxmaq, yaxud uşağa kitab oxumaq olmaz. Uşağın diqqəti yeməkdə olmalıdır.

Bu sadə üsullardan istifadə etməklə, uşağın iştahını qaydaya salmaq mümkündür.
 

 

LENT

18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017
12 Yanvar 2017