Qızdırma salan ən yaxşı 6 TƏBİİ VASİTƏ

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C), təbii vasitələrdən istifadə edin. Aile.lent.az saglamolun.az-a istinadən ən effektli təbii qızdırma salan vasitələri təqdim edir.

 

1. Moruq

 

Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu "aspirin" kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.

Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

 

2. Cökə ağacının çiçəkləri

 

Çökə ağacı da qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.

 

3. İtburnu

 

Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və immuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.

 

4. Çobanyastığı 

 

Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

 

5. Portağal və ya qreypfrut şirəsi

 

Bu vasitə də soyuqdəymə və qrip zamanı çox yaxşı kömək edir - hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.

 

6. Ərik qurusu və kişmiş dəmləməsi

 

Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz.

 

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017