TİBBDƏ İNQİLAB: insan bədənində yeni orqan kəşf olundu - FOTO

Araşdırmalardan biri insan bədəninin həzm sisteminə aid yeni bir orqan kəşf edib. Beləliklə də, bu kəşflə insan bədənində orqanların ümumi sayı 79-a çatır.

 

Ailem.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, “Lancet Qastroenterologiya və Hepatologiya” jurnalında nəşr olunan məqalədə “mezenter” adlı yeni orqanın olduğu qeyd edilib. Bu orqanın ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarət olduğu açıqlanıb. “Mezenter” qarın pərdəsinin ikiyə qatlanmış, qarın boşluğunu örtən və hər şeyi bir arada saxlayan orqan kimi təqdim olunur. 

 

Yeni kəşf edilən orqanın nə işə yaradığı hələ dəqiq məlum olmasa da, elm dünyası bunun vacib yenilik olduğunu vurğulayır.

 

“Mezenter” ilk dəfə 2012-ci ildə irlandiyalı alim J. Calvin Coffey tərəfindən kəşf edilib. Bu kəşf yüzlərlə illik tarixi olan anatomiya məlumatlarının səhv olduğunu ortaya çıxarır.  Coffey “mezenter”in ayrı-ayrı hissələrin bir araya gəlməsilə yaranmadığını, bütöv və davamlı orqan olduğunu sübut edib.

Yeni orqanın kəşfini əhəmiyyətli bir inkişaf olaraq qiymətləndirən Coffey, sonrakı mərhələnin “orqanın funksiyalarını anlamaq” olduğunu bildirib. Alimin sözlərinə görə,  “mezenter”in funksiyalarının təyin edilməsi bir çox anormal xəstəliklərə dair yeni məlumatların də kəşfinə zəmin yaradacaq. 

 

Qeyd edək ki, 2016-cı ildə elm adamları “mezenter”in mövcudluğu üzərində aparılan araşdırmaların sayını artırıb, tibb təhsili alan tələbələr isə yeni bir orqan kimi öyrənməyə başlamışdı. 

LENT

29 Aprel 2017
28 Aprel 2017
27 Aprel 2017
26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017