Aygün Kazımovanın 30 illik arxivi burada - Video

Xalq artisti Aygün Kazımovanın 30 illik musiqi arxivi artıq hər kəs üçün əlçatandır. Aile.lent.az-ın məlumatına görə, estrada ulduzunun bütün yaradıcılığı ötən ildən fəaliyyətə başlayan rəsmi “YouTube” kanalında toplanıb.

 

Şou biznesin divası “YouTube” kanalında bütün yaradıcılığı boyu ifa etdiyi mahnıları yüksək keyfiyyətdə dinləyicilərin ixtiyarına verib. Kanal özlüyündə bir neçə bölmədən ibarətdir. “Kliplər”, “Konsertlər”, “Bəstəkarlar” və “Albomlar” bölməsi üzərində hazırda iş gedir.

 

İlk olaraq xalq artistinin ifa etdiyi 350-dən çox mahnı rəsmi kanala yüklənib. Bu günə kimi kanalda 35 klip və bir sıra konsertləri yer alır.

A. Kazımovanın həyat və yaradıcılığını əhatə edən, çoxlarının bilmədiyi faktların ifaçının rəsmi kanalına yüklənməsi prosesi davam etdirilir. 

 

Bundan başqa, Aygün Kazımovanın Eldar Mansurov, Cavanşir Quliyev və Vaqif Gərayzadədən ifa etdiyi ölməz əsərləri ayrıca “Bəstəkar” bölməsinə bəstəkarların adı ilə yarım bölmələrə  əlavə olunub.

Kanala ən son yüklənən video isə bir neçə gün əvvəl təqdim olunan “Arama beni” mahnısıdır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017