Göz, dil və dəri rəngini dəyişə bilən heyvan

Göz, dil və dəri rəngini dəyişə bilən heyvan

Buqələmunlar mühitə görə öz dərisinin rəngini dəyişdirmək qabiliyyətinə malik olan kiçik kərtənkələdir. Bu kərtənkələbir ağacın budağına yapışıb, heç tərpənməyib, onun üstə gələn kiçik həşəratı tutub yeyir. Aile.lent.az buqələmunlar haqqında maraqlı faktları təqdim edir. Canlılar aləminin əcaib varlığı sayılan buqələmunlar haqqında bəlkə də ilk dəfə oxuyacağınız bu bilgilər sizi çox təəccübləndirəcək.

 

Buqələmunlar gözlərini bir-birindən asılı olmadan hərəkət etdirə bilir, göz rəngini istədikləri kimi dəyişdirə bilir və ovu yaxalamaq üçün dillərini bədən uzunluğunun ikiqatı qədər uzada bilirlər.

 

Buqələmunlar haqqında “National Geograpic” tərəfindən hazırlanan bir videoçarxda qeyd edilib ki, onların rənginə və boy fərqinə görə 202 növü var.

 

Alimlərin əldə etdiyi maraqlı faktlardan biri odur ki, buqələmunlar rəngli dərilərini əslində ünsiyyət qurmaq üçün istifadə edirlər. Məsələn, bu varlıqlar onları təsirləndirən şeyləri ifadə etmək üçün dil rəngini dəyişirlər.

 

Alimlər indiyə qədər buqələmunların dillərini qanla dolduraraq, ya da hava ilə şişirdərək fırlatdıqlarını düşünürdülər. Ancaq artıq dillərinin oxatan prinsipi ilə hərəkət etdiyi məlum olub. Dillərində saatda 13 mil sürətlə ovunu yaxalayan əzələlərdən istifadə edirlər.

 

Buqələmun növlərinin təxminən 40%-i Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən nəsli tükənmiş və ya tükənməkdə olan heyvan siyahısına daxil edilib.

 

Həyatda qalmaq üçün fərqli və özəl yaşayış davranışları sərgiləyən buqələmunların  təxminən 42%-i Şərqi Afrika sahillərindəki Madaqaskar adasında yaşayır.

 

LENT

21 Fevral 2017
20 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017
16 Fevral 2017