Balıq yağının düzgün qəbulu belə olmalıdır

Balıq yağı A və D vitaminləri, omeqa-3 və omeqa-6 yağlı turşularla zəngindir. Bu maddələr sağlamlığımızda olduqca böyük rol oynayır.

Aile.lent.az saglamolun.az-a istinadən balıq yağının faydalı xüsusiyyətlərini sadalayır:

 

- görməni yaxşılaşdırır

- dəri, saç və dırnaqların vəziyyətinə müsbət təsir edir

- diş və sümükləri möhkəmləndirir

- immun sisteminin fəaliyyətini gücləndirir

- ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun riskini azaldır

- təzyiqi aşağı salır

- xərçəng şişlərinin inkişafını ləngidir

- ağciyəri qoruyur (Bu, xüsusilə siqaret çəkən insanlar üçün vacibdir.)

- artrit zamanı oynaqlarda iltihabı və ağrıları azaldır

- dəri xəstəlikləri (psoriaz və s.) zamanı faydalıdır

- depressiyanın və stressin simptomlarını azaldır.

 

Lakin nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı balıq yağının qəbulu əks-göstəriş sayılır:

 

- böyrək və öd daşı xəstəliyi

- qalxanvari vəzinin fəaliyyətində pozulmalar

- xroniki böyrək çatışmazlığı

- qaraciyər xəstəlikləri

- mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi

- bədəndə sağalmayan yaralar, xoralar olduqda və həmçinin əməliyyatdan əvvəl (Balıq yağı qanı duruldur ki, bu da əməliyyatdan sonra qanaxmaların riskini artırır).

 

Balıq yağını yeməkdən dərhal sonra qəbul etmək lazımdır. Əks halda həzm prosesləri pozula bilər.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017