Burnunuz tıxanıbsa, bir stəkan suyun içinə...TƏBİİ ÜSULLAR

Burun tıxanıqlığı çox zaman sinusitlə bağlı bir problem kimi əlaqələndirilir. Əsasən soyuq və çirkli havalarda daha çox yaranan burun tıxanması bəzilərində xronikiləşmiş hal alır. Apteklərdə satılan burun tıxanması əleyhinə spreylərin də asılılıq yaratdığını bilməyən yoxdur. Çox çətin duruma düşmədikcə istifadəsi məsləhət görülməyən bu spreylərin yerinə təbii vasitələrdən istifadə etməniz daha yaxşı olar. Aile.lent.az burun tıxanmasına qarşı təbii üsullar təqdim edir.

 

Burun tıxanıqlığı zamanı ortamın nəmli olması burun tıxanmasına yaxşı təsir edəcək. Yatdığınız otaqda otaq qızdırıcısının üzərinə, yaxud qarşısına bir stəkan su qoyun. Yaxud nəmli ortam yaratmaq üçün otaqda elə hey bir çaydan qaynadın.  

 

Duzlu su burunu təmizləmək üçün olduqca effektli bir üsuldur. Bir stəkan ilıq suyun içinə bir çay qaşığı duz töküb o su ilə burnunuzu təmizləyə bilərsiniz. Qarışımın içinə bir çay qaşığı soda da əlavə edə bilərsiniz.

 

Gün ərzində əyninizi, başınızı isti saxlamaq və ya bir yorğanın altına girib tərləmək burun  tıxanmasına yaxşı təsir edəcək.

 

Burnunuz tıxalı olduğu zamanlarda süd içməyin.

 

Burun dəliklərinə zeytun yağı damcılatmaq burun tıxanıqlığına qarşı çox yaxşı təsir edir.  

 

Burnunuz tıxanıbsa, onu açmaq üçün bir çimdik lavanda çiçəyi yarpaqlarını bir stəkan qaynamış suyun içinə qoyun və 10 dəqiqəyə qədər dəmlənməsini gözləyin. Sonra süzərək əldə etdiyiniz lavandalı suyu tıxanıqlıq keçənə qədər hər gün saat başı tıxalı buruna çəkin.

 

Bol su içmək burun tıxanmasına yaxşı təsir edir. İstər infeksional, istərsə də allergik burun tıxanıqlığı zamanı bol su içmək mukozanı durulaşdırır.

 

Atquyruğu otu və nərgiz çiçəyi otunun yarpaqlarını eyni miqdarda götürüb əzin və əldə edilən qarışımı bir miqdar zeytun yağı və su ilə sulandırın. Bir gün saxlayın və süzərək hər saat başı 4-5 damcı buruna damcıladın.

 

Qarğıdalı saçağını bir miqdar suyun içinə qatıb qaynadın, süzdükdən sonra əldə edilən suyu zeytun yağı və nanə suyu ilə yaxşıca qarışdırın. Hazırladığınız qarışımdan xəstəlik boyunca tıxanıq buruna çəkin.

 

Sinusitdən qaynaqlanan burun tıxanıqlığına zəncəfil bitkisi çox yaxşı təsir edir. Bu bitki çayını hər gün iki fincan qədər için və ya yeməklə birlikdə istifadə edin.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017