Yumurtanın təzə olduğunu belə müəyyənləşdirin - ÜSUL

Cəmi bir dəqiqəyə soyuducuda qalan yumurtanın təzə, yoxsa boyat olduğunu anlaya bilərsiniz. Aile.lent.az bunun üsulunu təqdim edir.

Öncə bir kasaya soyuq su doldurun. Sonra yumurtanı suyun içinə qoyun.

Yumurta suyun dibinə qədər batsa, deməli, təzədir. Əgər tam dibə kimi batmırsa, xarab olmayıb, ancaq bir an öncə istifadə etməlisiniz.

 

Yumurta suyun üstündə üzürsə, deməli, xarab olub, zibilliyə atmaq lazımdır. Yumurtanın üzməsinin səbəbi boyatladıqca maye itirməsidir. 

 

Ancaq rəngi və qoxusu xoşunuza gəlməyən yumurtaları bu üsuldan keçsə belə, istifadə etməyin

 

Yumurtanı harada, necə saxlamaq lazımdır?

 

Bir çox soyuducuda yumurta qoymaq üçün xüsusi yer var. Ancaq yumurtaları ora qoymaqdansa normal rəflərdə saxlamalısınız. Normal rəflər bağlı hissəsiyə nisbətən daha sərindir və istilik daha stabildir. Bu səbəblə yumurtaları soyuducunun xüsusi yerinə yox, normal rəfində saxlamaq məsləhətdir.

 

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017