Kakaolu muffi: asan və dadlı RESEPT

Yorğun və gərgin iş gününün sonunda dadlı şirniyyatla çay içməkdən imtina etmək olar? Ailem.az sizə asan hazırlanan belə bir şirniyyatın reseptini təqdim edir – kakaolu muffi.

 

Lazım olan ərzaqlar:

 

- 1 paket kakao

- 3 yumurta

- 1 stəkan şəkər tozu

- 1 paket vanil

- 3 stəkan un

- Stəkan yarım süd

- 1 desert qaşığı duru yağ

- 1 paket qabartma tozu

 

Kakaolu muffin hazırlanması:

 

İlk olaraq yumurtalar qırın. Şəkır tozunu üstünə töküb mikserlə çırpın. Ardınca süd və duru yağı töküb çırpmağa davam edin. Sonra vanil, un, qabartma tozu, kakaonu da əlavə edib qarışımı çırpın.

Sonda qarışımı xüsusi muffin qəliblərinə tökün. Öncədən isitdiyiniz sobada 165 dərəcədə bişirin.

Qeyd: sobaya qoymazdan əvvəl üzərinə şokolad parçacıqları əlavə edə bilərsiniz.

 

Nuş olsun!

 
 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017