Məşhurlar depressiyadan belə çıxır - ÜSULLAR

Kimisi dostlarının dəstəyi, kimisi öz iradəsi, kimisi yoqa, kimisi yeni qidalanma rejimi ilə depressiyanın öhdəsindən gəlir. Sözsüz ki, məşhurlar da depressiyaya düşür. Bəs hamının diqqət mərkəzində olan tanınmış simalar depressiyaya necə qalib gəlir? Aile.lent.az 14 məşhurun ​​depressiyadan xilas olma üsulunu təqdim edir.

 

Ledi Qaqa

 

Müsbət düşünməyi prinsip tutaraq depressiyadan çıxır.

 

Hugh Laurie

 

İşə görə ailəsindən uzaq qalan Hugh Laurie düçar olduğu depressiyadan dostlarının dəstəyi ilə çıxır.

 

Ancelina Coli

 

Həyatının fərqli dövrlərində depressiya ilə mübarizə aparan Ancelina Coli anasını itirdikdən sonra ömrünün ən ağır dövrünü yaşayır. Lakin o, bu depressiyadan bütün film təkliflərini qəbul edərək, yəni işləyərək çıxır.

 

Vinston Çörçil

 

Bu məşhur şəxs də depressiyanı sovuşdurmaq üçün işləməyə üstünlük verənlərdəndir.

 

Beyons

 

Şöhrətin onu tənha qoyacağını düşünərək depressiyaya girən Beyons anasının motivasiyası və öz iradəsi sayəsində normal həyata qayıdıb.

 

J. K. Roulinq

 

“Harry Potter”in yazıçısı J. K. Roulinq boşanma ərəfəsində uşağını tək böyüdən bir ana olacağını düşünərək ağır ruh halı yaşayır. O, bunun öhdəsindən psrixoloji dəstək alaraq çıxır.

 

Meqan Foks

 

Meqan Foks oğlu dünyaya gəldiyi və onu qucağına aldığı ilk gündən etibarən depressiyanı bir kənara atıb.

 

Cim Kerri

 

İki boşanma yaşayan və uzun müddət davam edən depressiyanı məğlub etmək üçün Cim iki yol seçir:

1. Kitab oxumaq.

2. Sağlam qidalanma proqramı tərtib etmək.

 

Uma Thurman

 

Subay ana olmağın gətirdiyi psixoloji çətinlikləri yoqanın köməyi ilə aradan qaldırıb.

 

Robbie Uilliams

 

Robbie Uilliams depressiyadan çıxmaq üçün klinikada müalicə alıb.

 

Ketrin Zeta-Cons

 

Ağır depressiya yaşayan aktrisa psixoloji müalicə mərkəzində müalicə alıb.

 

Con Hamm

 

“Mad Men” serialının yaraşıqlı aktyoru Con Hamm atasını itirdikdən sonra depressiyaya girir. Yataqdan çıxmaq istəmədiyi bu dövrün öhdəsindən antidepressantlar və müalicə kursları ilə gəlir.

 

Miley Sirus

 

Həqiqəti görmək, olduğu kimi qəbul etmək və bədbəxt ikən xoşbəxtmiş kimi görünmək... Miley Sirusun depressiyanın öhdəsindən gəlmə üsulu bunlardır.

 

Lindsey Lohan

 

Lindsey Lohan alkoqol asılılığına çevrilən depressiyanı məğlub etmək üçün klinikada müalicə alıb. 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017