Evində aslan, timsah, ilan... saxlayan insanlar - FOTOLAR

Elə heyvanlar var ki, onları ənənəvi olaraq evdə saxlayırlar. Bəzi heyvanları isə evdə saxlamaq ağlasığmazdır. Lakin heyvansevər insanlar üçün canlının heç bir fərqi yoxdur. Aile.lent.az evdə saxlanılan maraqlı heyvanlar və onların sahibləri ilə sizi tanış edir.

 

Aslan. Ürküdücü səslənə bilər. Ancaq onlar hallarından çox məmnun görünür.

 

Bəli, evdə at da saxlayan var.

 

Bir az hiyləgər baxışları olsa da, bayquş sizinlə dostluq edəcək şirin bir ev heyvanı ola bilər.

 

Öküzlə qurulan bu səmimiyyət bir az çoxdur sanki.

 

Kərtənkələni evdə saxlayanlar və ona qulluq edənlər də az deyil.

 

Kenquru. Broken Arrou görəsən nə düşünürək kenqurunu övladlığa götürmək istəyib?

 

Leylək. Köç edərkən yaralanıb bir kəndə düşən leyləyi sakinlər sağaldır. Beləliklə də leylək həyatının qalan hissəsini bu kənddə keçirməyə qərar verir.

 

Bəli, meymun. Onunla dostluq etmək çox asandır. 

 

Gəzməyə çıxacağı üçün sahibinin boynuna atılan bir keçi görürsünüz.

 

Kirpi. Sevimli ev heyvanlarını sadalasaq, ilk sırada bəlkə də kirpi yer tutar.

 

Skuns. Görəsən onu evdə saxlayanlar qoxusuna dözə bilirlərmi?

 

Biz bu kiçik ponini çox sevdik.

 

Pələngin bu evdə günü çox xoş keçdiyi açıq-aydın görünür.

 

Qurbağa. Evdəki ağcaqanadların qatili.

 

Evinizdə pirana saxlamaq sizə maddi baxımdan bir az baha başa gələ bilər.

 

İlbiz fərqli bir variantdır.

 

Qorxulu seçim olan timsah. Onu gərək çox sevəsən ki, eyni evdə yaşayasan.

 

Ən az timsah qədər qorxulu bir ev heyvanı olan ilan. Evdə ilan saxlamaq üçün ürəkli olmaq lazımdır.

 

Evdə qaz saxlamağa nə deyirsiniz bəs?

 

Hörümçək. Çoxları onu evdən çıxarır. Lakin yuxarı başa keçirənlər də var.

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017