3 yaşlı uşaqla itin dostluğu... - FOTOLAR

Aile.lent.az bu dəfə sizə 3 yaşlı Reagan və ən yaxın dostu Buddy haqqında danışacaq.

 

Labradoodle cinsindən olan bu sevimli it ən yaxın dostu Reaganı heç vaxt tək buraxmır. Hər anlarında birlikdə olmaqdan ikisi də çox xoşbəxtdir. Sahibləri Buddynin indiyə qədər bütün heyvan və insanlarla yola getdiyini deyir.

 

Buddy 8 qardaşdan sağ qalan tək itdir. 7 qardaşı ölüb. İndiki sahibləri Buddyni tapdıqlarında pis halda imiş. Övladları olduqdan sonra Buddynin qəzəbindən qorxan ailə onun uşağa zərər verəcəyindən narahat olublar. Ancaq körpə dünyaya gəldikdən sonra Buddy daha çox söz dinləyən olub və körpə ilə yaxşı yola gedib.

 

Hətta Reagan bir az böyüdükdən sonra Buddy onun ən yaxın dostu olub. Hər şeyi Buddy ilə birlikdə etməyə başlayıblar. Buddy ilə yatırlar, çay içirlər, çimirlər.

 

Hər kəsin həyatında belə bir dosta ehtiyacı var.

 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017