Tökülən qaşlar üçün MASKA

Qaşın forması və qaşlarınızın gur olması gözün quruluşunu önə çıxartmaq üçün olduqca əhəmiyyətlidir. Qaşları daim eyni nöqtədən almaq o bölgədə tük çıxmasını əngəlləyir. Zamanla da qaşlarınız tökülür və seyrəkləşir.

 

Qaşları gurlaşdırmaq üçün istifadə edilən kosmetik vasitələr də işə yaramaya və tökülməni daha da sürətləndirə bilər. Bunun qarşısını almaq üçün Aile.lent.az-ın sizə möhtəşəm məsləhəti var.

 

Qalın qaşlara sahib olmaq üçün qaşlara hindqozu yağı ilə qulluq edin.

 

Hindqozu yağı istifadə etmədən əvvəl qaşlarınızda boya olub-olmadığından əmin olun. Hindqozu yağına bir az zeytun yağı da əlavə edin. Qarışımı şüşə qabda hazırlayaraq, yaxşı təmizlənmiş qaşlarınıza çox dərinizə təmas etmədən sürtə bilərsiniz. Bu qarışımı hər gecə yatmadan əvvəl tətbiq etsəniz, qısa müddətdə təsirini görərsiniz. 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
20 May 2017