2500 dollar qiyməti olan qara toyuq

İndoneziyada dimdiyindən daxili orqanlarına qədər hər yeri qara olan “Ayam Cemani” cinsi toyuqlar böyük maraq görür. 

 

Bu diqqətlə yanaşı, qiymətləri də hər keçən gün artmağa davam edir. Genetik bir mutasiya ucbatından bədənindəki tüklərdən daxili orqanlarına qədər qapqara rəngdə olan toyuqların təkcə yumurta və qanları normal toyuqlarla eyni rəngdədir. Onların ecazkar bir görünüşləri olduğu deyilir. Günəş işığının altında ikən qapqara türklərinin arasında yaşıl işıltılar gözə çarpır. Bu nadir cinsin toyuqları 2 kilo, xoruzları isə 2.5-3 kilo arasındadır. Bir zamanlar ABŞ-da onların bir ədədi 2500 dollara satılırdı. 

 

Varlılar tərəfindən saxlanan, bəslənən bu qara kömür rəngdə olan toyuqların öz sahibinə daha çox sərvət və güc gətirdiyi, bəzənsə şans əlaməti olduğu deyilir. (musavat.com)

 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017