Hamilə qalmaq istəyənlər içsinXÜSUSİ RESEPT

Türkiyənin məşhur professoru, kimyaçı İbrahim Saraçoğlu hamilə qalmaq arzusunda olan, lakin bunu bacarmayan qadınlara xüsusi müalicəvi resept məsləhət görüb. Aile.lent.az Türkiyə mətbuatına istinadən həkimin tövsiyə etdiyi qarışımın reseptini təqdim edir. 

 

Bir litr qaynamaqda olan xlorsuz suya 15-16 ədəd quru əncir əlavə edin və iyirmi dəqiqə ağzı bağlı halda qaynadın. İyirmi dəqiqə tamam olduqda ocağın altını söndürün və qarışımın ilinməsini gözləyin. Sonra süzün. Bu qarışımı 3 hissəyə bölərək, gündə 3 dəfə yeməkdən 10-15 dəqiqə əvvəl için.

 

Bu qarışımı 25 gün için. 7 gün fasilə verin. Yenidən 25 gün için.

 

 

Diqqət!

 

Reseptin ümumi tətbiq müddəti 50 gündür. Hər gün yeni qarışım hazırlanmalıdır. Quru əncirləri əllə və ya bıçaqla bir dəfə bölüb (yəni iki hissəyə ayırıb), sonra qaynamaqda olan suya əlavə edin. Quru əncirin üzərində ağ pudrası varsa, əvvəl soyuq suyun altında yuyun.

 

QEYD: Qanında prolaktin hormonu yüksək olan insanlara məsləhət görülmür. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017