Yorğun dərilər üçün manqo MASKASI

Yuxusuzluq, siqaret, spirtli içki, makiyaj, toz, duman, kirli hava, günəş şüaları, dəniz, külək kimi xarici amillər dərimizin yorğun olmasına səbəb olur. Yorulan dəri isə sağlamlığını və parlaqlığını itirib pis, quru görünüş əldə edir. Üstəlik yorğun dəri sızanaq, qırış və sallanmalara daha çox meylli olur.

Ailem.az parlaqlığını itirən və tez qocalmağa səbəb olan yorğun dərilər üçün təbii manqo maskası təqdim edir.

 

İki xörək qaşığı manqo suyu

İki xörək qaşığı çiyələk suyu

Bir çay qaşığı vanil

Yarım limonun suyu

 

Bunları qarışdırın. Bu qarışımın içinə bir parça buz atın. Makijayınızı təmizlədikdən sonra dərinizi bu qarışımla silin. Dərinizin qidalanmasını və canlanmasını təmin edəcək.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017