İtlər sahibinin xarakterini mənimsəyir

İtlərin sahiblərinin xasiyyətini əks etdirdiyi barədə fikirlər artıq elmi baxımdan dəstəklənir.

 

BBC-nin xəbərinə görə, Avstriyada alimlər deyirlər ki, itlər sahiblərinin narahatlığını və mənfi hisslərini əks etdirə bilər. Rahat, mehriban itlər isə bu keyfiyyətləri insanlara bəxş edərək sahiblərinə stressin öhdəsindən gəlməyə kömək edə bilər. 100-dən çox it və onların sahibləri müxtəlif testlərdən keçib, o cümlədən ürək ritmi və təhlükəyə reaksiya. Stressin əlaməti olan kortizol səviyyələrini ölçmək üçün tüpürcək nümunələri də götürülüb. Bundan başqa, sahibləri beş əsas xüsusiyyətə əsasən qiymətləndiriblər: əsəbilik, ünsiyyətcillik, yeni təcrübələrə açıqlıq, xoşagəlimlilik və vicdanlılıq. İtlərin xasiyyətləri də anket vasitəsilə qiymətləndirilib.

 

Vyana Universitetindən Dr Iris Schoberl deyib ki, sahiblər və itlər bir-birinin mübarizə mexanizmlərinə təsir edib. Dr Schoberlin fikrincə, bu halda insanlar itlərdən daha təsiredici olub. "Əldə etdiyimiz nəticələr (real həyatda) gördüyümüzlə üst-üstə düşür: sahiblər və itlər sosial cütlükdür və onlar bir-birinin stresslə mübarizə mexanizminə təsir edir", - deyə alim BBC-yə bildirib. Onun sözlərinə görə, sahiblərinin emosional halları itlərə təsir edir və itlər həmin emosiyaları təkrarlaya bilər.

İtlər 30 000 ildən çoxdur ki, insanlarla yan-yana yaşayır.

 

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017