Küçəyə atılan it özünə iş tapdı

Braziliyanın Moji-das-Kruzis şəhərində sahibi tərəfindən atılan it yanacaqdoldurma məntəqəsində işə düzəlib.

 

Bu barədə lenta.ru saytı “Metro”ya istinadən xəbər yayıb. Neqao ləqəbli iti Sabrina Plannerer və sevgilisi tərəfindən götürülüb: “Biz onu dərhal evimizə apardıq və ona lazım olan hər şeyi təqdim etdik. Ona yemək, itlər üçün ev və gəzinti sahəsi müəyyənləşdirdik”. 

 

Yanacaqdoldurma məntəqəsi işə başlayanda isə it şəxsi uniforma və identifikasiya kartı əldə edib. Əsas işi ilə yanaşı, it eyni zamanda FERA xeyriyyə təşkilatı ilə də əməkdaşlıq edir. Sözügedən təşkilat evsiz itləri müxtəlif tədbirlərə, ya da biznes-aksiyalara cəlb edir. Xəbərdə qeyd olunur ki, Neqao qrupun reklam posteri üçün də çəkilib. 2016-cı ilin oktyabrında məlum olub ki, evsiz heyvanlar üçün sığınacaqda 3 il boyunca yaşayan it özünə ev tapıb. Nəşr heyvanı “düyanın ən yalqız iti” adlandırıb.

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017