Azərbaycanlı müğənninin oğlu buqələmun saxlayırVİDEO - FOTOLAR

Müğənni Nura Suri sosial-ictimai həyatda aktivliyi ilə hər zaman diqqət mərkəzindədir. Bu baxımdan onun heyvanlara olan münasibəti də təqdirəlayiqdir. Heyvanlara sevgisini hər zaman nümayiş etdirən Nura bununla kifayətlənmir. O, həm də ev heyvanı saxlayır.

 

Nura Suri Aile.lent.az-a açıqlamasında bildirib ki, onun heyvanlara sevgisi uşaqlıqdan yaranıb: “Heyvanları, təbiəti sevməyən insana insan demək olmaz. Heyvanlara sevgim “Mauqli” əsərindən yaranıb. Balaca vaxtı valideynlərimiz bizə o kitabı oxuyurdu, həm də cizgi filminə baxırdıq. Heyvanların qanunları, həyatı bizə çox maraqlı gəlirdi. Ümumiyyətlə, düşünürəm ki, hər bir uşaq “Mauqli” kitabını oxumalıdır”.

 

Heyvanları çox sevən Nura onları incidib əziyyət verənləri şiddətlə qınayır. Məhz buna görə də o, sirk və zooparkların əleyhinə olduğunu da etiraf edir: “Zooparka gedib-gələndən sonra günlərlə ağlayırdım ki, heyvanlar niyə qəfəsdə yaşayır?! Heyvanlar təbiətdə yaşamalıdır. Sirk olsun, amma heyvanlarla bağlı nömrələr göstərilməsin. İnsanlar, gimnastlar, akrobatlar, klounların nömrələri olsun. Lakin heyvanlara əziyyət verirlər, bunun əleyhinəyəm”.

 

Sənətçinin ailə üzvləri də heyvanlara qarşı eyni münasibətdədir. Onun doğmaları müxtəlif ev heyvanları saxlayır. Xanım müğənni müxtəlif heyvanlara sahiblik edib. O, kiçik yaşlarında ördək saxladığını da xatırladı: “Bizim ailədə hər zaman ev heyvanı olub. Yadıma gəlir, uşaqlıqda ördəyim var idi. Balaca, böyüməyən ördək idi, ona yapon ördəyi deyirdilər. Mən yuxudan oyanan kimi evdə arxamca gəzməyə başlayırdı. Yəqin elə bilirdi ki, mən onun anasıyam. Hara gedirdim arxamca gəlirdi, həmişə yanımda olurdu. Sonra da deyirlər ki, quşun şüuru yoxdur. Hətta bəzi insanlardan da yaxşıdır. Sonra evdə balığımız olub. Amma bir müddət sonra mən balığı akvariumda saxlamaq istəmədim. Çünki mənə elə gəlir ki, akvariumdakı balıq həbsdəki insan kimidir”.

 

N. Suri hazırda evdə it saxlayır. İki ildir ki, Mişka adlı it onların ailə üzvüdür: “Bundan əvvəl Maço adlı itimiz vardı. Davidin allergiyası olduğu üçün it tükü olmazdı. O iti yaxın rəfiqəmə verdim. Sonra Mişkanı aldıq. Mişkanın tükü tökülmür, həm də allergiya vermir. Pişik, it saxlamağın yeganə problemi evdə kimdəsə allergiya yaratması ola bilər. Başqa heç nə. Kimsə deyir mundarçılıqdı və s. Ev heyvanları bəzi insanlardan təmizdir”.

 

Onlar ailəlikcə Mişkaya qulluq edirlər və sağlamlığının qayğısına qalırlar. Bu isə ev heyvanları üçün çox vacibdir: “Vaxtlı-vaxtında salona aparırıq, peyvəndini etdiririk, dərmanlarını veririk. Ev yeməyi yeyir. Hər həftə çimizdiririk, tərtəmiz saxlayırıq. Ev heyvanı saxlamaq asan deyil. Ona ailə üzvü kimi münasibət göstərilməlidir. Bu, bir canlıdır. Ona yaxşı baxmalısan. Heyvanların özünəməxsus şampunları olmalıdır. Hər şampun düşmür. Uzun tüklü və ya qılcıqlarla olanları var. Elə heyvanlar var ki, insan saçına yaxın tükləri var. Onlar tam fərqli qulluq istəyir. Onu hər gün daramalısan. Heyvanlara qulluq etməlisən. Buna dəyər, çünki çox onlar vəfalıdırlar”.

 

 

Müğənninin Londonda təhsil alan oğlu da heyvanlara məhəbbətdə anasından geri qalmır. Lakin heyvansevərlikdə orijinallığı ilə fərqlənir. Gənc tələbə ənənəvi olmayan ekzotik heyvana sahiblik edir. O, buqələman saxlayır: “Böyük oğlum Londonda buqələmun saxlayır. Ona baxmaq da asan deyil. Onların öz lampaları olmalıdır, biri kalsium verir, biri gün işığını əvəz edir. Onlar canlı çəyirtkə, milçək yeyirlər. Oğlum bu həşəratları qutuda canlı olaraq alır, gündə iki dəfə onu yedizdirir. Buqələmunun qaldığı yer təmizlənməlidir. Bunun üçün evə xüsusi qadın gəlir, yerini təmizləyir, yuyur tərtəmiz olur”.

 

Nura Suri buqələmunun qiymətini də açıqladı: “Qəfəsi, lampaları ilə birlikdə 250-300 funt arasıdır, bizim pulla 600-700 manata yaxın. London üçün normal qiymətdir. Yeməyi çox ucuzdur”.

 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017