Kişi qadının xarici görünüşünə qarışırsa... - ONU TANIYIN

Bir kişinin nə zaman yetkinləşməsi barədə düşünmüsünüz heç? Qəribədir, bəzi insanlar 15, bəziləri 30 yaşında yetkinləşir, bəziləri isə 40 yaşında belə, özünü uşaq kimi aparır. Araşdırmalardan biri isə yetkin kişini digərlərindən fərqləndirən davranışları müəyyənləşdirib. Aile.lent.az yetkin kişini tanıdan 6 davranışı təqdim edir.

 

Yetkin kişi xarici görünüşünüzü tənqid etməz

 

"Saçlarını niyə boyamısan?", "Kaş, bir az arıq olardın". Sizi həqiqətən də sevən bir kişi xarici görünüşünüzlə bağlı əsla müzakirə aparmaz. Bir kişi bu cür cümlələri hətta sizə məsləhət vermək üçün də işlətməz və sizi müzakirə edəcək qədər öz səviyyəsini aşağı salmaz.

 

Şəxsi həyatınıza qarışmaz

 

Münasibətləriniz sağlamdırsa, bir-birinizdən heç bir şey gizləmək məcburiyyətində deyilsiniz. Telefonunuzdakı şəxslərin və ya mesajların gizli saxlanması lazım deyil. Ancaq bu, tərəf müqabilinizin ciblərinizə, telefonunuza baxmaq, qarışdırmaq, şəxsi mesajlarınızı oxumağa haqqı olduğu mənasını vermir. Bunları edən kişi ya özündən şübhə edir, ya da sizə hörmət etmir.

 

Çətinliklərdən qaçmaz

 

Yetkinlik dövründə hər kəsin çətinlikləri və problemləri özünün həll etdiyi vaxtlar olur. Lakin yetkin kişi hər hansı şəxsi, ailəvi və ya işlə əlaqədar problemlə üzləşdiyini bəyan etməz və özü həll yolu tapar.

 

Yalnız həmin günlə yaşamaz

 

Bəzi kişilər düşünmədən bahalı bir restoranda bütün pulunu xərcləyir. Bu cür kişilər sonrakı günü düşünmür və planlamaq qabiliyyətləri yoxdur. Həyəcanlı yeniyetmələr kimi davranan orta yaşlı kişilərin bu dünyagörüşləri heç bir qadının xoşuna gəlmir. Bu o demək deyil ki, həyatınızı darıxdırıcı etməlisiniz. Yalnız bu gün üçün yaşamadığınızı unutmayın, bu, kifayətdir.

 

Anası ilə sağlam ünsiyyəti var

 

Yetkin kişinin valideynləri ilə münasibəti çox yaxşı olur və hər zaman onlara vaxt ayırır. Yetkin kişilər ona dəyər verən insanlara çox əhəmiyyət verir.

 

Sizə hörmət edir və sizi narahat edən davranışlar göstərmir

 

Həm psixoloji, həm də fiziki olaraq sizə əsla pis davranmaz. Əgər evinizdə şiddətlə qarşılaşırsınızsa, bir an əvvəl ondan ayrılın. Yetkin bir kişi nə qədər əsəbiləşsə də, əsla qadına əl qaldırmaz. Bir kişinin davranışları yalnız onun şəxsiyyətinə deyil, həmçinin qadının davranışlarına da bağlıdır. Sağlam münasibət qarşılıqlı səylər nəticəsində formalaşır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017