Piton udduğu antilopu belə qusdu - REAL GÖRÜNTÜLƏR

Heyvanlar yeganə canlıdırlar ki, bir-birlərini yeməklə qidalanırlar. Lakin bu ovlanma hər zaman uğurla başa çatmır. Aile.lent.az bir-brini yeyərkən təhlükə ilə üzləşən heyvanların maraqlı görüntülərini təqdim edir.

 

Bir qartal ilanı yemək istəyir. Elə bu zaman ilan onun boğazına dolanır. Nəfəsi kəsilən qartal güclə qurtula bilir. Həmin anları fotoqraf obyektivin yaddaşına həkk edə bilib.

 

ABŞ-ın Florida ştatında sahilə çıxan bədəninin yarısı dişlənmiş köpək balığı görənləri çaşbaş qoyub. Bu mənzərə çimərlik təhlükəsizliyi əməkdaşı tərəfindən aşkarlanıb. 4 metr uzunluğunda olan köpək balığının həftələr əvvəl ondan böyük ağ köpək balığı növü tərəfindən hücuma uğradığı məlum olub.  

 

Bodrumda uçarkən dənizə dalaraq təxminən 80 santimetr uzunluğunda olan ilan balığını tutan qarabattaq quşu onu bir anda yeyib. Qarabatağın udmağa, ilan balığının isə xilas olmağa çalışdığı anlar fotoaparatın yaddaşına həkk edilib. Qarabattaq quşu ilan balığını təxminən 4 dəqiqədə udub.

 

64 yaşlı bir kişi bağın arxasında ölü piton balığı və kenquru görür və fotolarını çəkərək internetdə paylaşır. 6 metr uzunluğu olan nəhəng piton az qala özü boyda iri bir kenqurunu ovlayır və ovunu yeməyə çalışarkən öz ölümünə səbəb olur.

 

Hindistanın Gujarat əyalətində olan zooparkların birində baş verən hadisə görənləri dəhşətə gətirib. Zooparkın mühafizəçisi həmin anları kameranın yaddaşına həkk edib. Kiçik bir Asiya antilopunu dəqiqələr ərzində mədəsinə salan nəhəng hind pitonu sonra hücumlardan qorxaraq ovunu qusur.

 

Bu fotolar keniyalı fotoqraf tərəfindən çəkilib. Su içmək istəyən zebra timsah tərəfindən tələyə salınıb.

 

Braziliyanın cənubunda bir şagirdin çəkdiyi bu kadrlar vəhşi həyatda ilk dəfə görülən hadisədir.

 

Arı yeşiyinə hücum edən nəhəng ac hörümçək bir neçə arını öldürməyi bacarır. Öldürdüyü arıları yeyə bilmir və arıların hücumu nəticəsində ölür. 

 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017