Quş nəcisi necə təmizlənir? - YOLLARI

“Kimin başına quş batırsa, o, varlı olacaq”.

 

Uşaqlıqdan quş nəcisini şansla bağlayırıq. Hətta yol gedərkən üstümüzə quş nəcisi düşəndə bir az əsəbiləşsək belə, şans üzümüzə güləcək deyə düşünürük. Üzərinə quş nəcisi düşən şəxslər dərhal arzu tutur. Yuxuda da quş nəcisi görmək insanın uğur, bərəkət və bol şans qapılarını açacağı kimi yozulur.

 

 

Amma söhbət quş nəcisini təmizləməyə gəldikdə heç kim sinirlərini korlamaq istəmir.

 

Hansısa tədbirə tələsdiyiniz zaman quş qəflətən geyiminizi batırır. Əslində bunun  fərqinə tez varmaq sizi şanslı edər. Çünki quş nəcisi qısa zamanda quruyur və çox çətin gedən bir ləkəyə dönür.

 

Ya da maşınınızın üzərində çoxlu quş nəciləri var? Bu, sürücülərinin çoxunun tez-tez rastladığı bir haldır.

 

Quş nəcisi tərkibindəki asit səbəbindən qalıcı izlər buraxır. Bəs bunu necə təmizləmək olar? Aile.lent.az quş nəcisini təmizləməyin yollarını təqdim edir.

 

 

Geyimlərdən necə təmizlənir?

 

 

Ləkə yenidirsə, dərhal nəm salfet, ya da bir parça ilə silinməlidir. Əgər ləkə quruyubsa, evdə hazırlaya biləcəyiniz bir qarışımla təmizləyə bilərsiniz. İlıq suya bir miqdar yuyucu toz əlavə edin və qarışdırın. Ləkəli bölgəyə bu sudan tökün və 3 dəqiqəyə qədər gözləyin. Daha sonra yumşaq bir fırça ilə ləkəli hissəni silə bilərsiniz. Ləkənin qurumasını gözləməyin. Əgər geyim həssas parçadandırsa, işi incə-incə görün. Sonra paltaryuyan maşına atın.

 

Ağ geyimlər üçün başqa bir təmizləmə üsulu var. Suyun içinə bir miqdar ammonyak qarışdırın və təmiz bir parça ilə ləkəni silin. Sonra bol su ilə durulayın. Əgər quş rəngli geyimlərinizi batırıbsa, benzinlə təmizləməyə çalışın. Ardınca yaxşı durulayın.

 

 

Maşının üzərindən quş nəcisini necə təmizləməli?

 

Maşının üzərindəki quş nəcisi yenidirsə, yenə nəm salfet, ya da nəm parça ilə ləkəni silməyə çalışın. Yeni yaranmış ləkə asan təmizlənəcək. Nəm salfet istifadə edirsinizsə, mütləq spirtsiz olmasına diqqət edin.

 

Ləkə quruyubsa, ilk olaraq bu ləkəni yumşaltmaq lazımdır.

 

 

Xalçadan quş nəcisini təmizləməyin yolları

 

Balkonda, çöldə qurutduğunuz, havaya atdığınız xalçaları quş batıra bilər. Belə halda  ləkə yenidirsə, isti su və təmiz bir parça bu işi həll edəcək. Təmizləyəndən sonra qoyun açıq havada qurusun.

 

Ləkə quruyubsa, xüsusi xalça təmizləyici spreylərdən istifadə edin. Spreyi sürtdükdə köpüklənəcək, daha sonra nəm parça ilə silin.

 

Bundan başqa inadkar ləkəni təmizləmək üçün ilıq su, təbii sirkə və yuyucu tozdan ibarət qarışım hazırlayın. Bu qarışım çətin çıxan ləkələr üçün çox təsirlidir. Bütün bunlardan sonra xalçanı durulayaraq qurudun.

 

Beton üzərindəki quş nəcisini təmizləməyin yolları

 

İlk iş ilıq su ilə ləkəni sürtməkdir. Həmin yerə bol ilıq su əlavə edin. Bir az gözləyin. Daha sonra su ilə ləkəni yuyun. Qalan ləkəni fırça ilə təmizləyin. Ancaq fırçanı istifadə etdikdən sonra ya yaxşı təmizləyin, ya da atın, çünki quş nəcisi bakteriyalarla doludur.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017