Ülgücünüzü dəyişməsəniz, sizi gözləyən 5 TƏHLÜKƏ

Ülgücünüzü dəyişdirməli olduğunuzu nə zaman anlayırsınız? Çox küt olanda, ya dərinizi kəsərək qanatdıqdan sonra? Müşahidələr də onu göstərir ki, hər 7 istifadəçidən 3-ü ancaq bu hallarda ülgücü dəyişdirməyə ehtiyac duyur.

 

Aile.lent.az-ın cosmopolitan.com-a istinadən məlumatına görə, məşhur xarici dermatoloq Debra Ajiuman maraqlı açıqlamalar verib. O deyib ki, geniş bir bölgəni təmizləmək istəyirsinizsə, bir deyil, bir neçə ülgücdən istifadə etməlisiniz: “Əgər hiss etsəniz ki, ülgüc həmin bölgəni hamarlatmır və küt təsir bağışlayır, o halda dərhal onu atın. Bəs pas atdığı zaman? Mütləq! Pas ülgücün dəyişdirilməli olduğunun ilk işarətidir”.

 

Deyilənə görə, küt ülgüclə tükləri təmizlədikdə tüklər daha tez və tünd qara şəkildə uzanır. Ümumiyyətlə, ülgücü bir neçə dəfə istifadə etmək təmizlik və sağlamlıq baxımından yaxşı deyil.

 

 

Bir ülgücü dəfələrlə istifadə etsəniz, sizi nələr gözləyir?

 

 

Ülgücünüz kirlə dolur: Nə qədər çox istifadə etsəniz, o qədər çox bakteriya, ölü dəri hüceyrələri, sabun, tük qalıqları ülgücün içində yığışıb qalacaq.

 

Təmizliyiniz də yaxşı alınmayacaq: Kim hamamda uzun zaman tük təmizləməklə vaxt keçirtmək istəyər? Köhnə ülgüc istifadə etmək həqiqətən çox vaxt və enerji tələb edir.

 

Ülgücünüz çox risk daşıyacaq: Köhnə ülgüc tük köklərində dəri iltihablanmasına səbəb olur. Bu hal ağrı verir və narahatedicidir.

 

Dəri qıcıqlanır: Bir yeri küt ülgüclə dəfələrlə təmizləmək dəri qıcıqlanmasına səbəb olur. Dəridəki kəsiklər də sonradan ləkələr buraxır.

 

İnfeksiyaya yoluxma riskiniz yüksəlir: Köhnə ülgüc və qıcıqlanan dəri təhlükəlidir. Kəsikləri görməsəniz belə, bu o demək deyil ki yoxdur. Dərinizə mikroskopla baxsanız, bakteriyaları görə bilərsiniz.

 

Tibbdə Molluscum Contagiosum adlanan qırmızı qotur virus infeksiyasına yoluxma riskiniz də artır.

 

O da bildirilir ki, qasıq bölgəsini ülgüclə təmizləmək cinsi partnyorunuzdan herpes, HPV kimi infeksiyalara yoluxmağınıza səbəb ola bilər.

 

 

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017