Millət vəkili: “Muştuluq naminə ultrasəs müayinəsi edirlər”

“Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı qızlara nisbətən 4-5% artıb”

 

Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb.

 

Aile.lent.az-ın APA-ya istinadən xəbərinə görə, bunu 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə millət vəkili Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb. Bu məsələni ciddi problem hesab edən millət vəkili qeyd edib ki, qızların gələcək taleyi hər kəsi düşündürməlidir: “2-3 ildən sonra bu, ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik”.

 

Onun sözlərinə görə, hamiləlik dövründə müalicə məqsədi daşımayan ultrasəs müayinələrinin keçirilməsi hansısa formada tənzimlənməlidir: “Ultrasəs müayinəsinin lazım oldu-olmadı, xüsusilə cinsə görə muştuluq naminə keçirilməsi bu gün də var. Bu məsələlərə son qoyulmalıdır”.

 

M. İbrahimqızı əlavə edib ki, qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması da ciddi problemdir. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017