Cinsi zəifliyi aradan qaldıran MÖCÜZƏLİ BİTKİ

Erektil disfunksiya (cinsi zəiflik, impotensiya) yaşlı kişilərdə daha tez-tez təsadüf edilir.

Lakin bəzən cavan kişilər də bu problemlə üzləşir. Bu pozulmanın səbəbləri fizioloji və psixoloji  ola bilər. Erektil disfunksiyanın müalicəsi müxtəlif üsullarla aparılır, lakin pozulmanı müalicə edən universal preparat mövcud deyil.

 

Bir neçə ölkədə aparılmış elmi araşdırmalar göstərib ki, cinsi zəiflik zamanı qırmızı jenşenin istifadəsi çox yaxşı nəticələr verir. Araşdırmanın birində cinsi zəiflikdən əziyyət çəkən 119 kişi iştirak edib. 8 həftə ərzində kişilərin bir qrupu qırmızı jenşen, digər qrupu plasebo ("boş həb") qəbul edirdi. 8 həftədən sonra məlum olub ki, qırmızı jenşeni qəbul edən kişilərdə ereksiya yaxşılaşıb.

 

Alimlərin fikrinə görə, bu bitki qan dövranını yaxşılaşdırır və əzələləri boşaldır ki, bu da cinsi zəifliyinin müalicəsində kömək edir.

 

Qırmızı jenşenin müalicəvi effekti Amerika ailə həkimlərinin akademiyası tərəfindən təsdiq olunub. (saglamolun.az)

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018