Sızanaqlara və qırışlara qarşı BAL MASKASI

Dəri baxımında hər növ dəri tipi üçün istifadə edə biləcəyiniz yeganə ərzaq baldır. Ailem.az dəri baxımı üçün iki möhtəşəm bal maskası təqdim edir.

 

Sızanaqlara qarşı bal maskası

 

1 çay qaşığı yulaf

1 çay qaşığı portağal

1 çay qaşığı bal

 

Bunları qarışdırdıqdan sonra barmaq ucları ilə masaj edərək qarışımı üzünüzə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yuyun.

 

 

Qırışlar əleyhinə maska

 

1 ədəd nar

1 yemək qaşığı bal

 

Narı əzdikdən sonra içinə 1 xörək qaşığı bal qarışdırın. Üzünüzə və boynunuza çəkin. 30 dəqiqə sonra durulayın. Bu maskanı həftədə 2-3 dəfə edə bilərsiniz.

Əgər dəridəki ləkələr çox tünddürsə, içinə bir neçə damcı limon da əlavə edə bilərsiniz.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017