Niyə kişilər özlərindən böyük qadınları seçir? SƏBƏBLƏRİ

Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi? Aile.lent.az bunun bir neçə səbəbi ilə sizi tanış edir.

 

Hormonlarına nəzarət edə bilərlər

 

Sevgiliniz sizdən yaşca böyükdürsə, emosional partlayışlarla qarşılaşmayacağınızdan əmin ola bilərsiniz. Yetkin qadınlar özlərini daha yaxşı idarə edə bildikləri üçün kişilərin üzərində emosional təzyiq yaratmırlar.

 

Yataqda nə etdiklərini bilirlər

 

Hər şeydə olduğu kimi yataqda da 1-0 önə keçirlər. Yetkin qadınların yataqda sizi təəccübləndirəcək davranışları və bunları nümayiş etdirəcək dərəcədə özünəinamı var.

 

Maniken kimi olmağı düşünmürlər

 

Bir çox kişini yetkin qadınların yaşlarından irəli gələn davranışları valeh edir. Məsələn, yetkin qadınlar da fiziki görünüşlərindən utanmırlar, maniken fiziki görünüşə sahib olmaq kimi dərdləri yoxdur. Özlərini olduqları kimi qəbul edirlər.

 

Münasibətdə sərbəstdirlər

 

Kişilərin ən nifrət etdiyi suallardan biri də "indi bizim münasibətimizin adı nədir?" sualıdır. Gənc qızlar bir neçə görüşdən sonra münasibətə ad qoymaq istəyirlər. Ancaq yetkin qadınlar belə etiketlərə ehtiyac duymurlar.

 

Daha sərbəstdirlər

 

Yetkin qadınlar karyera, ailə, pul, dostluq və s. mövzularda müstəqilliklərini elan etdikləri üçün kişini ehtiyac kimi görmürlər. Öz prioritetləri olduğu üçün heç bir kişinin qanadları altına girməyə ehtiyac duymurlar.

 

Nüfuzlarına güvənirlər

 

Nə istədiyini bilən qadın hər zaman münasibəti həyəcanlandıra bilir. Yetkin qadınların nüfuzu buna görə kişilərə seksual gəlir.

 

Kifayət qədər təcrübələri var

 

Eşq, həyat, münasibət, karyera, demək olar ki, hər mövzuda kifayət qədər təcrübəyə malik olan yetkin qadınlarla söhbət etmək hər zaman xoşdur. 

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017