Ağ saçları gizlətməyin 6 SADƏ YOLU

Ağaran saçlarınızı rəngləmək üçün vaxtınız və imkanınız yoxdur? Ya da saçlarınızı rəngləməyə qıymırsınız ? Bəs ağ telləri gizlətməyin yollarını bilirsinizmi? Aile.lent.az ağ saçları gizlətməyin 6 sadə yolunu təqdim edir.

 

Saçınızı fərqli tərəfə ayırın

 

Hər gün saçınızı ortadan, ya da eyni tərəfə ayırırsınızsa, bunu dəyişdirin.

Saçınızı fərqli tərəfə daradığınızda çıxan ağlar daha az diqqət çəkəcək. Eyni zamanda saçlarınıza həcm də qazandıracaq.

 

Saçınıza fərqli hava qatın

 

Dümdüz saçlarda çıxan ağ saçlarınız o dəqiqə bəlli olur. Dağınıq qıvrımlar mükəmməl bir şəkildə istənməyən rəngdəki saçlarınızı gizlədər. Saç fırçasının yardımı ilə saçlarınızı dalğalandırın və saç spreyi sıxın.

 

Quru şampun istifadə edin

 

Quru şampun saçlarınıza həcm qazandıraraq, diblərinin rəngini soldurar. Rəngli quru şampunlarla ağ saçlarınızı qısa müddətlik gizlədə bilərsiniz.

 

Saçınızı hörün

 

Saçınızı hörsəniz, görünən ağ telləriniz digər saçlarınıza qarışıb görünməyəcək.

 

Aksessuar istifadə edin

 

Şıq bir saç toqqası saç diblərindən diqqəti yayındıracaq. Sadə bir topuz, ya da at quyruğuna fərqli hava qatar. Saç bantı da istifadə edə bilərsiniz.

 

Saçınızın həcmini artırın

 

Başınızın yuxarısına həcm qazandıraraq, ağ saçlarınızı asanlıqla gizlədə bilərsiniz.

Etməli olduğunuz sadəcə nəm saçlarınıza köpük sürtün, qurutmadan əvvəl daraqla saçınızı tərs yönə darayın.

 

 

 

 

LENT

23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017