Mark Zukerberq ikinci dəfə ata olacaq - FOTOLAR

 

Facebook-un yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olacaq. Onun daha bir qızı dünyaya gələcək.


Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, Mark həyat yoldaşı Prisçilla Çanın ikinci dəfə hamilə olduğu xəbərini şəxsi profilində yazıb: “Prisçilla və mən sevinclə bildirmək istəyirik ki, daha bir qızımız dünyaya gələcək”.

5 ildir evli olan Prisçilla Çan və Mark Zukerberqin Maks adında 15 aylıq bir qızı var. Mark statusunda bunları yazıb: “Bu uşağın da qız olacağına ümid edirdim. Maksa bir bacıya sahib olmaqdan daha gözəl hədiyyə verə biləcəyimizi düşünə bilmirəm. Onlar bir-birlərinə sahib çıxacaqlar”.

 

Qeyd edək ki, Prisçilla Çan və Mark Zukerberq 19 may 2012-ci ildə evlənib. 2015-ci il dekbarın 1-də isə qızları Maks dünyaya gəlib.

 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017