Akvariumu dəyişmədilər, on min balıq tələf oldu

Braziliyada on minə yaxın balıq olduqca maraqlı bir səbəbdən tələf olub.

 

“Channel News Asia”nın xəbərinə görə, buna səbəb balıqların iri akvariuma köçürülməməsi olub. Belə ki, iri akvariumun 2014-cü ilin sonlarına qədər hazırlanıb qurtaracağı gözlənilirdi. Buna görə də noyabrda Afrikadan, Asiyadan növbənöv balıqlar gətirildi. Amma tikinti işləri uzandı və su heyvanlarını müxtəlif akvariumlara yerləşdirdilər. Balıqların 80 faizi temperatur rejiminə tab gətirə bilmədi, on faizi müxtəlif xəstəliklərə görə tələf oldu, bir o qədəri isə yerdəyişməyə dözə bilmədi. Bundan başqa, ehtimal olunur ki, balıqların tələf olmasına suyun yetərli miqdarda təmizlənməməsi də səbəb ola bilər. İnsidentin araşdırılması ilə ştat prokurorluğu məşğul olur. Nəhəng akvariumun tikilməsinin maliyyəsi 170 milyon Braziliya realına başa gələcəyi nəzərdə tutulub.

 

Məlum insidentdən sonra obyektin tikintisini qeyri-müəyyən müddətə təxirə salıblar.

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017