10 il öncə itkin düşən iti sahibinə qaytardılar

Alabama sakini Treysi Dava baytarlıq klinikasından zəng edərək 10 il öncə itkin düşən itini tapdıqlarını deyiblər.

 

Lenta.ru saytının xəbərinə görə, bütün bu illər ərzində qadın əmin idi ki, Çarli ləqəbli iti ölüb. Klinikanın sahibləri şəhərdəki elanlardan və itin ümumi əlamətlərindən sahibinin kimliyini müəyyənləşdiriblər. Heç kim bilmir ki, bu 10 il ərzində yaşadığı evdən 400 kilometr aralıda tapılan it necə və kimin yanında həyat keçirib. O, 2006-cı ildə, cəmi 1 yaşı olanda itkin düşüb.

 

Bu 10 il ərzində itin səhhətində ciddi problemlər yaranıb. Müalicə olunandan sonra onu sahibinə verəcəklər. (musavat.com) 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017