Köhnəlmiş südü atmayın – 10 İSTİFADƏ QAYDASI

Südünüz dadını dəyişəndə başqa əlac olmadığı üçün zibilliyə atırsınız. Halbuki dadını dəyişmiş, köhnəlmiş südü də istifadə etmək olar. Necə? Ailem.az köhnəlmiş südün 10 istifadə qaydasını təqdim edir.

 

Xəmir işləri

 

Köhnəlmiş və dadını dəyişmiş südü xəmir işlərində istifadə edə bilərsiniz. Digər ərzaqlar və bişirilmə müddəti südün pis dadını yox edəcək.

 

Şorbaların qatılığını artırın

 

Sulu xörəklərinizdə də köhnəlmiş süd istifadə edə bilərsiniz. Köhnəlmiş süd şorbalarınıza qatılıq  verəcək. Ancaq miqdarına diqqət edin.

 

Əti yumşaltmaq üçün

 

Süddə olan lastik turşusu əti yumşaltmaq üçün mükəmməldir. Ətinizi bişirmədən əvvəl dadını itirmiş süddə saxlaya bilərsiniz.

 

Pendir hazırlaya bilərsiniz

 

Pendiri ev şəraitində özünüzə hazırlamağa necə baxırsınız? Köhnəlmiş südü ziyan etməyin və pendir hazırlayın.

 

Üzünüzü parıldadın

 

Laktik asit dərinizin qüsursuz və möhkəm olmasına yardımçı olur. Bir miqdar köhnəlmiş südlə suyu qarışdırıb üzünüzü bu qarışımla yuyun. Südlə üzünüzü yuyanda barmaqlarınızla üzünüzə masaj da edin. Sonra su ilə dərinizi yaxşıca yuyun.

 

Süd vannası qəbul edin

 

Südün dəriyə faydalarını hər kəs bilir. Vannaya doldurduğunuz suyun içinə bir neçə stəkan süd də əlavə edin. Qoxu narahat edirsə, bir neçə damcı gözəl qoxulu təbii yağlardan da istifadə edə bilərsiniz.

 

Bitkilərinizi gücləndirəcək

 

Saxsı qabda və bağda əkdiyiniz bitkilərinizin kalsium qəbulu üçün köhnəlmiş süd və bir miqdar suyu qarışdırıb dibinə tökün. Bu üsul xüsusilə pomidor əkərkən daha çox işə yarayır.

 

Salata əlavə edin

 

Köhnəlmiş südü salatlarda istifadə edə bilərsiniz.

 

Ev heyvanın yeməyinə qatın

Süd ev heyvanın yeməyinə əlavə kalsium və protein qatacaq.

 

Südün pozulmasını istəmirsinizsə, dondurun

 

Çox süd almısınız və köhnəlib xarab olmasını istəmirsinizsə, soyuducuya qoyaraq dondurun. Sadəcə çiy və qablaşdırılmamış südü dondura bilərsiniz. Qablaşdırılmış süd daha tez işlənməlidir.

 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017