Fillər üçün parti keçirildi

Taylandın qərbindəki Kançanaburi şəhərində Fillərin Xilası Təşkilatı fillər üçün İsveç masası açıb. Meyvələrdən ibarət bu masanın qurulması isə milli bayrama görə olub. Tədbirdən hazırlanan videoreportaj isə YouTube kanalına yüklənib. Reportajda yerli sakinlər milli geyimlər geyiniblər və müxtəlif musiqi alətlərində ifa edirlər. Bundan başqa, heyvanlar da uzun masadan banan və qarpız yeyirlər. 

 

Fond rəhbəri deyir ki, onlar bu yolla fillərə təşəkkür etmək və təsərrüfatda etdikləri yardımlara görə minnətdarlıqlarını bildirmək istəyiblər. Bayrama turistlər də qatılıb. Rolikdə onlar tədbirlə bağlı təəssüratlarını bölüşüblər.

Milli fillər günü 1998-ci ildən başlayaraq hər il 13 martda Taylandda keçirilir. Bütün krallıq boyu buddist mərasimləri keçirilir, heyvanlar üçünsə bayram naharları təşkil olunur.

Fil Taylandın milli simvollarından biridir. Rəsmi məlumatlara görə, krallıqda bu gün 2.7 min nəfər işçi və 3.5 minə yaxın vəhşi fil yaşayır.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017