Axşam yatmazdan əvvəl 1 stəkan sarımsaqlı süd için - BİLMƏDİYİNİZ FAYDALARI

Sarımsaqlı süd bizdə çox istifadə olunmasa da, olduqca faydalı bir reseptdir. Çünki həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayırlar. Aile.lent.az Fizulihuseynov.com-a istinadən sarımsaqları südün faydalarını təqdim edir.

 

Əvvəlcə hazırlanması haqqında:

 

Süd bişirilir, 1 stəkan bişmiş südə 1-2 diş sarımsaq sarımsaqəzəndə əzilib qarışdırılır. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin.

 

Faydaları:

 

1. Sarımsaqlı süd axşam yatmazdan əvvəl içilərsə, yaxşı yuxu gətirir, yuxunu dərinləşdirir.

 

2. Sarımsaqlı süd çox əla bir qurdqovucudur, demək olar ki, bütün qurdlara (askarid, lyambliya, bizquyruq və s.) qarşı əla bir vasitədir. Daimi içilən zaman damarlarda parazitlik edən exinokok qurdlarına da təsir edir.

 

3. Allergiyadan, atopik dermatitlərdən əziyyət çəkənlər üçün əla bir vasitədir.

 

4. Həm sarımsaq, həm də süd yüngül işlədici təsirləri olduğundan qəbizlikdən və babasildən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

 

5. Sarımsağın və südün tərkibindəki zəngin kalsium həm uşaqlar, həm böyüklər, həm də klimakterik dövrdə olanlar üçün faydalıdır. Osteoporoz (sümük əriməsi) xəstəliyindən əziyyət çəkənlərə də xeyirdir.

 

6. Sarımsaqlı süd çox əla bir əsəb sakitləşdiricidir.

 

7. Sarımsaqlı süd yüksək təzyiqi aşağı salır, aşağı təzyiqi olanlar yaxşı olar bu qarışıma bal qarışdırsınlar.

 

8. Sarımsaq tək yeyiləndə mədədə qaşınma, aşılama kimi hallar əmələ gətirə bilir, amma sarımsaqlı süddə belə problem yoxdur.

 

9. Sarımsaqlı süd yüksək xolesterin, ateroskleroz, miokard infarktı kimi xəstəliklərdən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

 

10. Sarımsaqlı süd qanı durulaşdırır, qanı qatı olanlar üçün də faydalıdır.

 

11. Cinsi həvəsi artırır.

 

12. Mikrob mənşəli bütün xəstəliklərdə (bronxit, boğazgəlmə, revmatizm və s.) faydalıdır.

 

13. Sarımsaqlı süd immuniteti gücləndirir, soyuqdəymələrdə çox faydalıdır.

 

14. Saç tökülməsindən əziyyət çəkənlər və tez-tez çiban və sızanaq səpənlər üçün faydalıdır.

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017