“Anadolu Atəşi” bu dəfə Qəbələyə gedir

Türkiyə Respublikasının dünyaca məşhur rəqs qrupu Anadolu Atəşinin xüsusi konsert proqramına ev sahibliyi edəcək.

 

Aile.lent.az-ın məlumatına görə, qrupun konserti beynəlxalq tədbirlərin və görüşlərin məkanı olan Qəbələ Konqress mərkəzində olacaqdır.

Konsertin təşkilatçısı Gilan Hospitality Group-un icraçı direktoru Elgün Məmmədov bildirib ki, artıq bir neçə ildir Qəbələ şəhəri bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bu cür tədbirlərin davamı olaraq, Anadolu Atəşi rəqs qrupunun Qəbələ səfəri mühüm mədəni hadisədir. Qrupun Qəbələdəki çıxışı insanların mədəniyyətlərin bir birinə təsirini, müasir dövrümüzdə tarixin bizə irs qoyduğu musiqini və rəqsləri hiss etməyə və bir anlıq keçmişə səfər etməyə şərait yaradır. Konsertin Novruz bayramı ərəfəsində keçirilməsi isə heç də təsadüf deyildir. Bu konsert bayram ərəfəsində qonaqlarımıza mədəni həzz yaşatmaq üçün nəzərdə tutulmuşdur.Gələcəkdə Qəbələ şəhəri bu cür tədbirlərlə daha çox Azərbaycan tamaşaçısını və şəhərimizin qonaqlarını sevindirməyə davam edəcəkdir.

Qeyd edək ki, Anadolu Atəşi rəqs qrupu 93 ölkədə 3850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilmişdir. Qrupun rəqslərinin əsas konsepti mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaqdır. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanır. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür. Qrupu əsas məqsədi Anadolunun yüzlərcə illik sevgi, mədəniyyət və tarix elementlərinin əks edilməsidir. 

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017