Azərbaycanın ilk mistik trilleri ekrana çıxır

  Azərbaycanda ilk dəfə mistik triller janrında “Xənnas“ adlı film istehsal olunub.

 

Aile.lent.az-ın məlumatına görə, filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir. Baş prodüser və quruluşçu rejissor missiyasını Elvin Abdullayev öz üzərinə götürüb. Gənc rejissor milli kinomuzda ilkə imza atmaq üzrədir. Film may ayında “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılara təqdim olunacaq.

 

Ekran işində baş rolları Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova ifa edir.  

 

Film haqqında: Uzun müddətdir eyni yuxunu görən İlkin öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən, ailəsinə məxsus olan evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarından bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təəssüratı yaradan məkan get-gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasının etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin onu bura xənnasın gətirdiyini anlayır. Onun bir çıxış yolu var.

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017