Azərbaycanın ən gözəl model uşaqları seçildi

“Best Model of Azerbaijan 2017” Uşaq müsabiqəsi ("Kids Best Model of Azerbaijan 2017”) keçirilib.

 

Aile.lent.az-ın məlumatına görə, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. Tədbirə ümumilikdə 78 model qatılıb. Modellərin 48-i qız, 30-u oğlan olub. Müsabiqənin münsiflər heyətində əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, mügənnilər Nadir Qafarzadə, Ceyhun Bakinskiy, “Best Model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyev, “ST Model School”un rəhbəri Süleyman Tənahirli, modelyer İlfət Səfərova, stilist Eşqin təmsil ediliblər.

 

Layihənin rəhbəri Aygün Əliyevadır. “Best Model of Azerbaijan 2017” Uşaq müsabiqəsində  qızlardan 1-ci yerə Bahar Mövlamlı, 2-ci yerə Gülər Qocayeva, 3-cü yerə Ülker Əlixanova, oğlanlardan isə 1-ci yerə Maqsud Abdullazadə, 2-ci yerə Rasim Həbibli, 3-cü yerə Mövsüm Xanbutov layiq görülüb. 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017