Paratoekvandoçu “Bahar qızı” seçilib - FOTOLAR

Dünyanın ən güclü paratoekvandoçusu olan azərbaycanlı Aynur Məmmədova Novruzun rəmzlərindən biri sayılan Bahar qızı seçilib.

 

Aile.lent.az-ın məlumatına görə, o, Novruz Bayramının rəmzi obrazında baharı qarşılayacaq. Bahar qızı üçün foto-layihə də həyata keçirilib. Layihənin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb. Bahar qızının geyimləri isə Milli Geyim Mərkəzi və onun rəhbəri modelyer Gülnarə Xəlilova, saç düzümü və makiyaj Səbinə İmanovaya məxsusdur. Layihənin fotoqrafı Tünzalə Ağayevadır.

 

Qeyd edək ki, Aynur Məmmədova taekvondo üzrə üçqat dünya çempionu və ikiqat Avropa çempionudur. Dünya reytinqində öz çəki dərəcəsində birinci yeri tutur.

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018