2017-ci ilin yaz-yay geyim trendləri - FOTOLAR

2017-ci ilin yaz mövsümünün başlamasına çox az qaldı. Dəb həvəskarlarını maraqlandıran mövzu isə bu ilin yaz-yay geyim trendləridir. Aile.lent.az 2017-ci ilin yaz-yay trendləri ilə sizi tanış edir.

 

İlk növbədə onu deyək ki, idman üslubu bu mövsüm ön plandadır. Təsadüfi parçalar dəbdəbəli aksessuarlarla birləşərək gündəlik həyatımıza qarışacaq.

 

İşləmələr bu mövsümdə tez-tez qarşımıza çıxacaq. İstər gündəlik, istər gecə geyimlərində əl işinə üstünlük veriləcək. İşləmələr arasında heyvan naxışları daha çox diqqət cəlb edəcək. Ən iddialı rənglərdən olan qırmızı və sarı bu mövsüm hər zamankından aktual olacaq. Qışda çox istifadə edilən şifonlar yaz-yayda da geyiləcək. Tül paltarlar da rahatlıq baxımından doğru seçim ola bilər.

 

Həm idman üslubunda, həm də dəniz sahilində rahatlıqla kombinə edə biləcəyiniz büstqalterlərə qarderobunuzda çox yer verin. Xilaskar geyim olan bluz pencəklər yazda həyatınızı qurtaracaq. Metal rəng və elementlər də yaz-yay trendləri arasındadır. 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017