Mikrodalğalı sobanı təmizləmək üçün 5 ADDIM

Mikrodalğalı soba təmizləmək qadınlar üçün bəzən işgəncəyə çevrilə bilər. Əksərən mikrodalğalı soba istifadə etdikdə onun təmizliyinə də çox vaxt ayırmaq olmur. Aile.lent.az-ın sizə təqdim edəcəyi bir neçə praktik üsulla mikrodalğalı sobanızı tərtəmiz saxlaya biləcəksiniz.

 

Vəsaitlər:

 

- Kasa və ya kiçik qab

- 1 ədəd limon

- Su

 

1-ci addım

 

Mikrodalğalı sobanızda qalıqlar varsa, yaş bezin köməyi ilə təmizləyin.

 

2-ci addım

 

Limonları 9 dilimə ayırın və kasanın içinə qoyaraq içərisinə daşmayacaq miqdarda su tökün.

 

3-cü addım

 

Kasanı mikrodalğalı sobanın içinə qoyun və yüksək səviyyədə qaynayana qədər saxlayın.

 

4-cü addım

 

Su qaynamağa başladığı an sobanı söndürün. Ancaq buxarın sobanın içinə yaxşıca yayılmas üçün kasanı sobadan çıxarmayın. 5 dəqiqə qaldıqdan sonra yenidən işə salın.

 

5-ci addım

 

Kasanı sobada 5 dəqiqə saxladıqdan sonra götürün və sobanın içərisini quru bezlə silin.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017