Bakıda kino gecəsi keçiriləcək

 “CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət “Ulduzlu kinomarafon” keçiriləcək.

 

Kinoteatrdan Aile.lent.az-a verilən məlumata görə, saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin başı” filmləri nümayiş olunacaq. .

“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən Azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorlar da kino gecəsinə qatılacaqlar. Həmçinin tədbirdə “Bayram axşamı” və “Stalinin başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.

 

Seanslar arası fasilələrdə musiqi müşayəti altında maraqlı təşkil ediləcək. Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar. 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017