“Kosanın qızı” səhnəyə çıxacaq - FOTOLAR

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edəcək.

 

Teatrdan Aile.lent.az-a verilən məlumata görə, Rəhman Əlizadənin "Keçəlin toyu" pyesinin motivləri əsasında Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir.

Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsərində əməkdar artistlər Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şixəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) çıxış edəcəklər.

 

Səhnə əsərinin süjet xətti belədir: Keçəl Kosanın qızı Bahara aşiq olur. Ona elçi düşərək evlənmək istəyir. Qazı vəzifəsinə təyin olunan Kosa isə artıq Keçəli bəyənmir və qızını ona vermək istəmir. Günlərin birində keçəlin tapdığı sehrli mücrü isə hadisələri kökündən dəyişir.

 

Səhnə əsəri bu gündən, yəni martın 17-dən etibarən saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunur. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017