Musiqili Teatrda Novruz tamaşası - “Bəxtəvər”

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan “Bəxtəvər” şousunu 21 mart saat 18.00-da tamaşaçılara təqdim edəcək.

 

Teatrdan Aile.lent.az-a bildiriblər ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Novruz şənlikləri ilə əlaqədar olaraq beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir.

 

Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru Əliqismət Lalayev, əlaqələndiricisi İran Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin koordinatoru Atabəy Nadiridir.

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri, Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov ifa edirlər.

Tamaşanın quruluşçu dirijoru, əməkdar incəsənət xadimi Fxərəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

 

 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017