Daban çatlarını sağaldan MÜALİCƏ ÜSULLARI

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil. Çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz. Aile.lent.az sizi bitki mənşəli müalicə üsulları ilə tanış edir.

 

Gül suyu

 

Gül suyu daban çatlarını aradan qaldırar, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edər. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhərisi dabanlarınız yumşaq olacaq.

 

Kakao və badam yağı

 

İstədiyiniz qədər kakao yağını və badam yağını qarışdırın. Problemli bölgəyə sürtərək yarım saat saxlayın. Çatlar gedənə qədər bu üsulu təkrarlayın.

 

Alma sirkəsi

 

Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün bir vedrə suyun içərisinə bir stəkan alma sirkəsi tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.

 

Zeytun yağı

 

Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni şəffaf falqa ilə sarıyın. Bu əməliyyatı dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz.

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017