Qərənfil necə və nə vaxt əkilir?

Qərənfil isti və mülayim iqlim qurşaqlarında yetişir. Ana vətəni Aralıq dənizi bölgəsidir. Bu səbəbdən də əkmək məsləhətdir. Aprel ayında əkilən qərənfil may, iyun, iyul aylarında çiçək açmağa başlayır. Ailem.az qərənfil yetişdirməyin bir neçə sirri ilə sizi tanış edir.

 

İlk növbədə onu bildirək ki, qərənfil toxum kimi əkiləcəksə, aprel ayında aralarında 2-4 sm məsafə olmaqla əkilməlidir. Cücərdikdən sonra əkildiyi yerdən ehtiyatla götürülərək, başqa qabda əkilməlidir.

 

Qərənfil çiçəyi nəm az olan quraq və isti yerlərdə yetişir. Əhəngli torpaqları sevmirlər. Günəşli sahələri çox sevən qərənfil çiçəyi qida maddəsi ilə zəngin torpaqlarda yetişdirilməlidir.

 

Qərənfil fərqli rəng çalarları olan və çox çiçək verən bir bitki olduğu üçün sulanması olduqca əhəmiyyətlidir. Qərənfili sulayarkən mütləq torpağın nəminə nəzarət edilməlidir. Torpaq çox nəmli və ya yaşdırsa, suvarma planınızı bir müddət təxirə salın. Əgər torpaq qurumağa başlayarsa, o zaman suvarmaq lazımdır.

LENT

20 Fevral 2018
19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018