Dəvə onunla selfi çəkdirmək istəyən hamilə qadını dişlədi

Moskvalı hamilə qadın dəvə ilə selfie çəkdirmək istəyərkən heyvan onu dişləyib. Bu barədə lenta.ru saytı “360” telekanalına istinadən xəbər verir.

 

Məlumatda qeyd olunur ki, Mişa və Katya ləqəbli iki dəvə Belyaninovo kəndi sakininə məxsusdur. Dəvələr qonşu kənddəki meşədə gəzintiyə çıxarkən onları iki qadın qarşılayıb. Onlardan biri heyvanla şəkil çəkdirmək istəsə də, sonuncu onu əlindən dişləyib. Dəvələrin sahibi bildirib ki, bununla da dəvələrdən erkək cinsinin nümayəndəsi öz dişisini qorumağa çalışıb. Nəticədə isə heyvanların gəzinti hüquqlarını pozduğuna görə onun sahibini 200 rubl məbləğində cərimələyiblər. Polis əməkdaşları isə dəvənin sahibinə bildiriblər ki, heyvanları üçün daha uyğun gəzinti yeri müəyyənləşdirsin. 

 

2016-cı ilin sentyabrında isə Hindistan sakini ilanla selfie çəkdirmək istəyərkən sonuncu onu sancmışdı.

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017